Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir.
"Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.
A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən "yaşıl texnologiya”lara çıxışına kömək etmək vacibdir.
Belarus Prezidenti qeyd edib ki, ötən ilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib. (Report)