AZ

“Venom: Son rəqs” filmi 400 milyon dollar gəlir gətirib

Yeni ekranlara çıxmış “Venom: Son rəqs” üçüncü film gəlirinə görə kassada indiyə qədər öz birinciliyini saxlayır. “Venom-3” filminin gəliri artıq 400 milyon dolları da keçib.

Xəbəri “The Hollywood Reporter” verib.

“Sony” studiyasının “Venom 3: Son rəqs” filmi ardıcıl üçüncü həftədir ki, kassada birinci yerdədir. Tom Hardinin baş rolda oynadığı son “Marvel” filminin komiksinin adaptasiyası isə həftəsonu yerli kassada əlavə 16,2 milyon dollar qazana bilib. Bu filmlərin içərisində olan, 11, 1 milyonluq gəlirlə ilk onluqda yer tutmuş “Ən yaxşı Milad yarışması” adlanan ekran əsəri də tamaşaçıların rəğbətini qazanan filmlərin siyahısındadır. Ancaq “Venom: Son rəqs” filmi həmin kino əsərlərinin önünə keçib birinci yeri tuta bilib.

“Venom – 3” filmi artıq ABŞ-ın daxilində 100 milyon dollar həddini keçib və qlobal miqyasda gəliri 400 milyon dollara çatıb. Buna baxmayaraq, yeni çəkilmiş “Epizod 3” filminin kassa gəlirləri öz sələflərindən çox geri qalır. Əgər 2018-ci ildə çəkilmiş “Venom” filmi 213 milyon dollarla yerli və 856 milyon dollar dünya üzrə gəlirə malik idisə, 2021-ci ildə ekranlara çıxan ikinci film “Venom” 213 milyon dollar yerli, 501 milyon dollarla bütün dünya üzrə kapital toplaya bilmişdi.

“Venom 3” kassada kifayət qədər uğurlu taleyi olan filmə çevrilə bildi, çünki onun büdcəsi komikslərin uyğunlaşdırılması ilə Hollivud standartlarına görə olduqca çox sadə, hətta az idi, yəni cəmi 120 milyon dollar. Personajın sonrakı taleyi isə hələ də məlum deyil.

Qeyd edək ki, “Hörümçək-Adam” növbəti film layihəsi “Sony” studiyası tərəfindən bu ilin dekabr ayında kino tamaşaçılarına təqdim etməyə hazırlaşdığı yeni çəkilmiş “Ovçu Kraven” adlanan komikslərinin film adaptasiyası olacaq.

Oqtay Qorçu

Seçilən
69
7
azpost.info

8Mənbələr