AZ

Polşa Prezidenti: Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib

Polşa Prezidenti Anjey Duda Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bildirib.

APA xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Anjey Duda sammitdə çox yüksək fəallıq olduğunu qeyd edib: “Deyə bilərəm ki, təşkilatçılıq bir çox ölkədən daha yaxşıdır”.

Duda tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirdiyini, Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşdüyünü diqqətə çatdırıb.

O, Azərbaycan liderini Polşaya dəvət etdiyini deyib.

İki ölkə arasında münasibətlərə də toxunan Duda əməkdaşlığın enerji sahəsini də əhatə etdiyini vurğulayıb: “Ölkələriniz arasında çox yaxşı iqtisadi əlaqələr var. Polşa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq çoxdan - prezident Lex Kaçinski və Prezident Əliyev tərəfindən başlayıb. Bu, əməkdaşlığımızın ənənəvi elementidir. Bu əlaqələrin ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcəyinə ümidvaram”.

Sahilə Cabbar

Seçilən
26
17
apa.az

10Mənbələr