AZ

Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək

Azərbaycan bank sektoru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkədə "yaşıl transformasiya” çərçivəsində maliyyə öhdəliklərinin həcmini açıqlayacaq.

Bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov  bildirib.

O vurğulayıb ki, noyabrın 14-də keçiriləcək konfransdakı müzakirələr maliyyə məsələlərinə həsr olunacaq: "AMB maliyyə sektoru ilə birlikdə üç paneldən ibarət iki tədbir keçirəcək. Burada, həmçinin bank sektorunun Azərbaycanda “yaşıl transformasiya”nın maliyyələşdirilməsi üzrə üzərinə götürdüyü maliyyə öhdəliklərinin həcmi açıqlanacaq".

T.Kazımovun sözlərinə görə, qeyd olunan tarix əlamətdar olacaq, çünki ölkənin bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək.

Seçilən
9
8
sam.az

9Mənbələr