AZ

Muxtar Babayev: "İtki və Zərərə Cavab Fondunun fəaliyyəti üçün mühüm işlər görülüb"

COP27 və COP28 prezidentliyi dövründə İtki və Zərərə Cavab Fondunun fəaliyyəti üçün mühüm işlər görülüb.

Publika.az xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirin müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

"Biz də həmin işləri davam etdiririk. Fondun tam fəaliyyətə başlaması illər ərzində görülən işlərin nəticəsi olacaq. Həmçinin, biz Dünya Bankı ilə əməkdaşlığa görə minnətdarıq", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, COP29 yaşıl dünya naminə həmrəylik məqsədlərinə nail olmaq üçün əsas açar olacaq: "Əgər bu gün biz təbiətin və bəşəriyyətin xilası üçün tədbirlər görməsək, bu qərarsızlığın nəticələri gələcəkdə çox ciddi problemlər yaracacaq. Bununla bizim işlərimiz tamamlanmır. Biz uzunömürlü dəstək layihələrini müəyyən etməliyik. Fonda vəsait ayrılması ilə bağlı söz verən ölkələr sözlərini tutmalıdırlar".

Seçilən
37
3
publika.az

4Mənbələr