AZ

Qaxda ölümlə nəticələnən qəza baş verib - FOTO

Qaxda avtomobil ağaca çırpılıb, ailənin iki ay yarımlıq körpəsi ölüb, ana və digər azyaşlı övladı xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17 radələrində Qax-Qorağan avtomobil yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində baş verib.

Əslən Şəki rayonundan olan, Qaxın Turaclı kəndinə gəlin köçən 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan iki ay yarımlıq körpə (Təv. 23.08.2024) Cəsur Elçin oğlu Abbasov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Həyatını itirən körpənin anası 2001-ci il təvəllüdlü Nüranə Elçin qızı Abbasova və digər övladı 2 yaşlı qızı Nəsər Elçin qızı Abbasova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Nüranə abbasovanın müalicəsi xəstəxanada davam etdirilir. Övladı 2 yaşlı Nəsər Abbasovanın xəsarəti yüngül olduğundan tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəza zamanı sürücü Günay Hüseynova xəsarət almayıb. Qəza zamanı ölən körpə və yaralanan şəxslər sürücünün yaxın qohumlarıdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qaxda Qaxda
Seçilən
25
1
apa.az

2Mənbələr