AZ

Çalhanoğlu qaçırdığı penalti haqda nə dedi?

İtaliya nəhəngi ''İnter''in son oyunlarında Hakan Çalhanoğlu həm yaxşı, həm də pis mənada ön plana çıxıb.

Türkiyə yığmasının kapitanı oktyabrın 20-də ''Roma'' ilə səfər oyununda zədələnmiş və daha sonra 4 oyunu buraxmalı olmuşdu. Çempionlar Liqasında ''Arsenal'' ilə matçda qayıdan təcrübəli futbolçu penaltidən vurduğu qolla komandasına mühüm qələbə qazandırmışdı. Bazar günü Milan təmsilçisi daha bir vacib oyuna çıxdı. ''İnter'' turnir cədvəlinə başçılıq edən ''Napoli'' ilə ev oyununda hesabda geri düşsə də, Hakanın gözəl qolu ilə hesab bərabərləşdi. Amma ikinci yarının ortalarında Çalhanoğlunun mühüm seriyası qırıldı. Buna qədər ''İnter''də yerinə yetirdiyi 19 penaltinin hamısını qola çevirən 32 yaşlı futbolçu bu dəfə fürsəti boşa verdi. Onun zərbəsindən sonra top dirəyə dəydi və oyun 1:1-lik bərabərliklə yekunlaşdı. Bu mövsüm 12 qarşılaşmada 4 qol vuran Hakan qaçırdığı penalti ilə bağlı bunları dedi:

''Futbol duygularla dolu bir yoldu. Öncə dünyanın zirvəsinə çıxırsan, bir sonrakı an xəyal qırıqlığının bütün ağırlığını hiss edirsən. Penalti ilə bağlı rekordumu davam etdirmək istərdim. Amma penalti qaçırmaq da bu işin bir parçasıdı. Bu oyunu unudub növbəti matçlara köklənmək zamanıdı''.


ƏLİ
Seçilən
22
football-plus.az

1Mənbələr