Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus təyyarə hava burulğanına düşüb.
Hadisə nəticəsində 11 nəfət xəsarət alıb. Onların xəsarətləri yüngüldür. Xəsarət alanlardan 6-sı ekipaj üzvü və 5-i sərnişindir. Təyyarə eniş etdikdən sonra yaralılara tibbi yardım göstərilib. Məlumata görə, hadisə təyyarə Buenos-Ayresdən Frankfurta uçarkən qeydə alınıb. Alman mətbuatında yer alan xəbərə görə, göyərtəsində 39 sərnişin olan “Boeing 747-8” reaktiv təyyarəsi Atlantik okeanı üzərində hava boşluğuna düşüb.
“Lufthansa” rəsmilərinin sözlərinə görə, hadisəyə baxmayaraq, təyyarə təhlükəsiz şəkildə eniş edə bilib./Metbuat.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta