Brazliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauşo Bakıya gəlib. Oxu.Az xəbər verir ki, əfsanəvi futbolçu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qonaq qismində iştirak edəcək.
Ronaldinyo bundan başqa, iki dəfə dünyada ilin ən yaxşı futbolçusu seçilib, bir dəfə "Qızıl Top", bir dəfə isə UEFA-nın "İlin ən yaxşı futbolçusu" mükafatının sahibi olub.
"Sehrbaz" iki dəfə də "Qol kralı" adını qazanıb.
O, Braziliya millisi ilə 2002-ci ildə dünya çempionatının qalibi olub. Bir dəfə isə Amerika kubokunu başı üzərinə qaldırıb.
Bundan başqa, iki dəfə İspaniya La Liqasının, iki dəfə İspaniya Superkubokunun, bir dəfə UEFA Çempionlar Liqasının, İtaliya A seriyasının və Braziliya Liqasının kuboklarını da qazanıb.
Qeyd edək ki, Ronaldinyo "Barselona", PSJ, "Milan", "Fluminense", "Flamenqo" kimi klublarda çıxış edib.