AZ

COP26-nın Prezidenti Bakıdakı logistikanı yüksək qiymətləndirib

COP26-nın Prezidenti Alok Şarma BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barəsində özünün X sosial şəbəkə hesabında paylaşım edib. SİA xəbər verir ki, o, paylaşımında COP29 iştirakçılarına göstərilən isti qəbul və yaşı logistikaya görə təşəkkür edib. Alok Şarma COP29-da yeni və ambisiyalı bir iqlim maliyyə hədəfinin müəyyən edilməsinin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu hədəfin icrası mümkün və inkişaf etməkdə olan ölkələr üçün etibarlı olmalıdır. Alok Şarma, əvvəlki 100 milyard dollarlıq maliyyə öhdəliyinin gecikməsinin inkişaf etməkdə olan ölkələrin etimadını sarsıtdığını qeyd edərək, COP29-da müəyyən ediləcək maliyyə məqsədinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Seçilən
1
5
sia.az

6Mənbələr