AZ

Tramp onu MKİ-yə direktor TƏYİN ETDİ

ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Ratkliff ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ ) rəhbəri olacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandasının yaydığı bəyanatda deyilir.

"Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliffin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışacağını elan etməkdən məmnunam", - Tramp bildirib.

Siyasətçinin sözlərinə görə, bu şəxs ABŞ kəşfiyyat sferasında hər iki əsas postu tutan ilk şəxs olacaq.

Qeyd olunur ki, Ratkliff Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı Hillari Klinton kampaniyasının yalanlarını ifşa edib. Bundan əlavə, o, amerikalılara ABŞ-ın hazırkı prezidentinin oğlu Co Baydenin noutbukunda aşkar edilmiş qalmaqallı məlumatla bağlı həqiqəti söyləyib.

Seçilən
17
12
publika.az

10Mənbələr