Xəzər dənizində 3,3 maqnitudada zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.