AZ

“Ermənistan bu tədbirdə iştirak etməyib, regional əməkdaşlıqdan danışırsa...”

“Təəssüflə qeyd edirik ki, Ermənistan iştirak etməyib”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın COP29-da iştirakına dair sualı cavablandırarkən deyib.

“Azərbaycan Konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvətini göndərib, Ermənistan qeydiyyatdan keçirilsə də, hələ də onların nümayəndələrinin iştirakı ilə bağlı məlumat daxil olmayıb.

Ermənistan bu tədbirdə iştirak etmirsə, bundan əlavə regional əməkdaşlıqdan, ölkələrarası təmaslardan danışırsa, bu bir daha onu göstərir ki, Ermənistan tərəfi bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Ermənistan konvensiya üzvü kimi dəvət almışdı və dəvət alan tərəf kimi tədbirdə iştirak edə bilərdi”, - Prezidentin köməkçisi vurğulayıb.

Seçilən
1
10
sportinfo.az

10Mənbələr