Hakan Fidan və Antoni Blinken Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş müzakirə olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin sözçüsü Öncü Keçeli X sosial şəbəkəsində məlumat verib .