AZ

Qəzzada BMT-nin 241 əməkdaşı həlak oldu

Qəzza zolağında münaqişə başlayandan bəri həlak olan BMT əməkdaşlarının sayı 241-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Məlumaatda qeyd edilir ki, Qəzzada BMT əməkdaşlarından başqa müxtəlif beynəlxalq humanitar təşkilatların 326 əməkdaşının, o cümlədən Qızıl Aypara Cəmiyyətindən 33 işçi və könüllünün həlak olduğu məlumdur.

Xatırldaq ki, ötən il oktyabrın 7-də Fələstinə məxsus "HƏMAS" hərəkatının üzvləri Qəzza zolağından İsrail ərazisinə soxularaq, sərhədyanı qəsəbələrin sakinlərinə hücum edib, bir neçə İsrail vətəndaşını əsir götürüblər. Bu hadisədən sonra İsrail Fələstin, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas əməliyyatına başlayıb.


Müəllif: Teleqraf.com
Seçilən
18
teleqraf.com

1Mənbələr