AZ

Konqo Prezidenti: "Məqsədimiz yeni təşəbbüsləri gündəmə gətirməkdir"

"Əsas məqsədimiz COP29 çərçivəsində Afrika regionunu təmsil edən 15 dövlətin başçıları və rəsmiləri ilə müzakirələrdə dünya miqyaslı yeni təşəbbüsləri gündəmə gətirməkdən ibarətdir".

Bunu COP29-un Mavi Zonasında yerləşən Konqo Milli pavilyonunda çıxış edən həmin ölkənin Prezidenti Deni Sassu-Nqesso söyləyib.

O, eyni zamanda ölkəsinin bütün regionlarının yaşıl şəhər konsepsiyasına uyğunlaşdırılacağını sözlərinə əlavə edib: “Mən artıq bu barədə müvafiq göstərişlər vermişəm. Digər bir tərəfdən insanlar, xüsusilə gənclər əkilən bütün ağaclara həssas yanaşmalıdır".

Konqo Milli Pavilyonunda COP29 çərçivəsində bir sıra nəhəng tədbirlərin təşkili ilə bu məsələyə diqqət çəkmək istədiklərini deyən Konqo lideri vurğulayıb ki, hökumət təbii ehtiyatların yaşıllaşmanın inkişafına töhfə verməsinə çalışacaq.

"Cebheinfo.az"

Seçilən
15
5
cebheinfo.az

6Mənbələr