AZ

"Ermənistana dəvət göndərilib, COP29-da iştirak edib-etməmək onların öz seçimidir" - Ayxan Hacızadə

Azərbaycan Ermənistana COP29-da iştirakla əlaqədar dəvət göndərib. Lakin iştirak edib-etməmək onların öz seçimidir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə deyib.

“Bildiyiniz kimi, burada əhəmiyyətli müzakirələr həyata keçirilir. İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən birdir. 198 dövlət İqlim dəyişmələri üzrə BMT-nin çərçivə konvensiyasının üzvdür. Bu çərçivədə müvafiq olaraq sözügedən təhdidin aradan qaldırılması istiqamətində əhəmiyyətli müzakirələr davam etdirilir. Əhəmiyyətli müzakirələrə töhfə verilməsi hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsi məsələsinə heç bir şərh vermirik. İştirak məsələsi onların öz seçimləridir”, - o qeyd edib.

XİN rəsmisi münaqişə dövründə Azərbaycanla Ermənistan arasında transsərhəd çaylarının Ermənistan tərəfindən genişmiqyaslı şəkildə çirkləndirilməsi həyata keçirildiyini xatırladıb: “Buna Oxçuçay və digər çayları misal göstərmək olar. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi həyata keçirilib. Ermənistanın məsuliyyətə cəlb olunması istiqamətində addımlar atılıb və bu prosesi davam etdirilməkdədir”.

Ayxan Hacızadə Azərbaycanın COP sədri kimi prioritetlərinin məlum olduğunu vurğulayıb: “Azərbaycan uzunmüddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur. Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində müvafiq böyük layihələr həyata keçirilməkdədir. Bu layihələr də Azərbaycanda enerji infrastrukturunun şaxələnməsi istiqamətində böyük əhəmiyyət kəsb edir”.

Seçilən
23
6
azpolitika.info

10Mənbələr