AZ

Qazaxıstanlı nazir: "COP29-da yaşıl layihələr üçün yeni imkanlar yaranacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlimlə bağlı yaşıl maliyyələşdirməyə təkan verəcək yekun sənədlərin əldə olunmasıdır".
Bunu "Report"a açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev bildirib.
O hesab edir ki, bununla yaşıl layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaranacaq:
"Xüsusilə inkişaf etməkdə olan ölkələr, o cümlədən Qazaxıstan və Azərbaycan üçün bu məsələ olduqca aktualdır. Ümid edirik ki, bu tədbirdə "yaşıl layihələr" üzrə məqsədlərimizi tam şəkildə reallaşdıra biləcəyik".
Nazir vurğulayıb ki, Azərbaycanda keçirilən COP29 tədbiri çox yüksək səviyyədə təşkil olunub:
"Qonaqlar üçün hər şey nəzərə alınıb və tədbir ən yüksək standartlara uyğun keçirilir".
Seçilən
92
50
oxu.az

10Mənbələr