AZ

Bakının Baş planı dəyişdirilə bilər

Bakının Baş Planı 2024-ci ilə qədər nəzərdə tutulub, lakin bir neçə ildən bir real dəyişikliklər nəzərə alınaraq ona yenidən baxıla və sənəd dəyişdirilə bilər.

Busaat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir.

“İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək”, – deyə sədr əlavə edib.

Seçilən
42
20
busaat.az

10Mənbələr