AZ

"Troyka"nın məqsədi problemlərimizin birgə həll yollarını tapmaq və COP31 çərçivəsində fəaliyyətlərimizi möhkəmləndirməkdir - Marina Silva

Bakı. Trend:

"Troyka"nın məqsədi problemlərimizin birgə həll yollarını tapmaqvə COP31 çərçivəsində fəaliyyətlərimizi möhkəmləndirməkdir.

Trend xəbərverir ki, bunu Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziriMarina Silva COP29 çərçivəsində keçirilən “COP sədrlikləriÜçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğruMissiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib.

"BƏƏ-də əldə edilən konsensus, Missiya 1.5-in yol xəritəsinihazırlamaq üçün vasitə kimi "Troyka"nı təsis etdi. Bizim əsasməqsədimiz qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqvə qlobal dayanıqlığı gücləndirmək hədəflərini əlçatan səviyyədəsaxlamaqla, beynəlxalq əməkdaşlığı gücləndirmək və Milli Müəyyənedilmiş Töhfələrin növbəti raundunda ambisiyalarıyüksəltməkdir.

İqlim fövqəladə halının reallığı bütün qitələrdə hiss olunur.Xüsusilə dünyanın ən böyük emissiyaçıları arasında ambisiyalarıartırmaq və bunu həyata keçirmək üçün lazımi vəsaitləri səfərbəretmək təcilidir.

Bununla belə, bizim daha çox maliyyələşdirməyə ehtiyacımız var,texnologiyaya çıxışımız lazımdır və biz inkişaf etmiş ölkələriinkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə dəstək verməyəçağırırıq", - o bildirib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr