Tualetdə məktəbli qıza təcavüz edən azərbaycanlı saxlanıldı
Rusiyanın Nijni Novqorod vilayətinin Bor şəhərində əslən azərbaycanlı yeniyetmə qıza təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb.
Demokrat.az yerli mediaya istinadla bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.
Hadisə noyabrın 8-də ticarət mərkəzində baş verib. Naməlum kişi tualetdə 16 yaşlı qıza yaxınlaşıb onun belinə və ombasına toxunaraq, onu özünə sıxıb.