AZ

"Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu"

“Rəqib güclü komanda idi. Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq. Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu. Bu, matçın gedişatına da təsir göstərdi”.

Sportnet.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsində 6-cı qrupunda Macarıstan yığması 0:4 hesabı ilə uduzduqları I tur matçı barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis oyunu çevirməyə, hücumlarda çox iştirak etməyə çalışdıqlarını, ancaq həmin anlarda üçüncü qolu buraxdıqlarını bildirib: “İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol imkanları da yaradırdıq. Təəssüf ki, rəqib əks-hücumdan dördüncü qolu vurdu. Ümumilikdə uşaqlar yaxşı oyun nümayiş etdirməyə çalışdılar. Macarıstanla görüşü yaddan çıxarıb, qarşıdakı iki matça hazırlaşacağıq. Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Həmin qarşılaşmada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 millimizin Yunanıstanla oyunu noyabrın 16-da keçiriləcək.


Seçilən
28
4
sportnet.az

10Mənbələr