AZ

Çinin daha bir böyük şirkəti ödənişləri "Bitcoin" ilə qəbul edəcəyini açıqladı

Xəbər verdiyimiz kimi ötən günlərdə Çinin kriptovalyuta mədənçiliyi üçün çip dizayneri olan "Nano Labs" rəsmi açıqlamasında, "Coinbase"dəki bir iş hesabı vasitəsilə məhsullarının ödənişi üçün "Bitcoin"i qəbul etməyə başladığını bildirib.

İndi isə daha bir Çin mərkəzli "ZK International Group" şirkəti, bitcoin də daxil olmaqla kriptovalyuta ödənişlərini qəbul etməyə hazırlaşdığını bəyan edib.

"Bitcoin" (BTC) və digər kriptovalyutaların qəbulu gündən-günə artdığı bir vaxtda, Çin mərkəzli "ZK International Group" şirkəti də kriptovalyuta ödənişlərini qəbul etməyə başlayacağını elan edib.

Verilən məlumata görə, aparıcı mühəndislik şirkəti olan "ZK International Group Co. Ltd." (Nasdaq: ZKIN) bitcoin də daxil olmaqla kriptovalyuta ödənişlərini qəbul etmək üçün hazırlıqlar görür.

"Bu strateji qərar, "ZK International" şirkətinə inkişaf edən qlobal iş mühiti ilə uyğunlaşaraq, təhlükəsiz və mərkəzləşdirilməmiş bir ödəniş seçimi təqdim etməklə innovativ maliyyə texnologiyasını mənimsəməyə imkan verir."

"ZK International", kriptovalyutanı qəbul etməklə sərhədlərarası əməliyyatları sadələşdirmək və sürətləndirmək, məzənnə maneələrini azaltmaq və beynəlxalq, həmçinin yerli iş tərəfdaşları üçün əlavə rahatlıq təmin etməyi hədəfləyir.

Şirkətin idarə heyətinin sədri Ciançonq Xu bildirib: "Bitcoin kimi rəqəmsal aktivlər bizə ödəniş metodlarımızı optimallaşdırmaq üçün misilsiz bir imkan yaradır. Təchizatçılarımız və müştərilərimiz üçün qlobal miqyasda qüsursuz bir təcrübə yaratmaq məqsədilə ən son texnologiyaları mənimsəməyə sadiqik və kriptovalyutanın qəbul edilməsi bu istiqamətdə atılmış təbii bir addımdır."

Rəhim

Seçilən
56
1
valyuta.az

2Mənbələr