AZ

Tarixin ən uğursuz müharibə kampaniyaları – MARAQLI

Tarixdə çox zaman uğura hesablanan, amma bunun əksinə, tam iflasla nəticələnən hərbi kampaniyalar az deyil.

NOCOMMENT.az xəbər verir ki, lent.az uğursuzluq miqyası xüsusilə böyük olan döyüşlər barədə yazını təqdim edir.

Həbəş kampaniyası – italyanlar uzun müddət öz müstəmləkələrini xəyal edirdilər, lakin 1870-ci ildə bütövləşən və növbəti illərdə kifayət qədər güclü bir imperiyaya çevrilən İtaliya Afrikada bütün ərazilərin Avropa dövlətləri arasında bölüşdürüldüyünü, yalnız Efiopiyanın müstəqil dövlət kimi qaldığına şahid oldular. İtalyanlar risk etmək qərarına gəldilər və bu Afrika ölkəsinə 1895-ci ildə 20 minlik kontingent göndərdilər. Amma həmin kontingent tamamilə məğlub oldu. 1896-cı ildə Adua döyüşü xüsusilə italyanlar üçün sarsıdıcı oldu. Məğlubiyyət İtaliyanın beynəlxalq nüfuzunu xeyli sarsıtdı və ikinci cəhddə Benito Mussolinini zamanında 1930-cu illərdə Efiopiyanı ələ keçirdilər. Amma bu işğal da qısa sürdü və II Dünya Müharibəsinin astanasında oradan darmadağın edilərək qovuldular. Maraqlıdır ki, 1896-cı ildə italyanlar Efiopiyaya uduzanda qoşunlarını bu ölkədən çıxarmaqla yanaşı, təzminat ödəməyə də məcbur oldular. Hətta bununla bağlı Avropa mətbuatı uzun müddət italyanları istehza ilə “Menelikin qulları”  (red- Menelik o zamankı Efiopiya hökmdarı) adlandırırdı.

Çukotka yürüşü – 17-ci əsrdən bəri rus ekspedisiyaları Çukotka yarımadasını ələ keçirməyə cəhd edirdi. 18-ci əsrdə uzaq torpaqları fəth etmək cəhdləri kifayət qədər təşkilatlanmış həyata keçirilməyə başladı. Əgər I Pyotrun dövründə Rusiyanın hücumları kazak dəstələrinin yürüşlərindən ibarət idisə, 1727-ci ildə təşkil edilən və Tobolsk süvari alayının kapitanı Pavlutski və Yakut kazaklarının başçısı Şestakovun rəhbərliyi ilə 1727-ci ildə həmin diyarlar üçün böyük sayılan 500 nəfərlik bir dəstə ilə yürüşə başlandı. Yakutlar qarət olunur, təslim olmağa məcbur edilir, inadkar yakutlar isə bu zorakılığa basqınlarla cavab verdilər. Eqaç və Orlova çayı sahillərindəki döyüşlərində Rusiya qüvvələrinin hər iki komandiri öldürüldü və ordu darmadağın edildi. Bu sarsıdıcı qələbədən sonra Rusiya hökuməti 1920-ci illərə qədər bölgənin formal olaraq Rusiya hakimiyyətini qəbul etməsi ilə kifayətlənərək, Çukotka bölgəsini rahat buraxdı.

Osmanlı İmperiyasına qarşı səlib yürüşü – Avropa uzun müddət Osmanlı hakimiyyətinin güclənməsini görməzdən gəlirdi və yalnız 1443-cü ildə (Bizansın süqutundan 10 il əvvəl) Papa Bolqarıstanın keçmiş Varna şəhərinə qarşı səlib yürüşü elan etdi. Polşa-Macarıstan kralının başçılıq etdiyi səlib yürüşündə döyüşənlər əsasən, Şərqi Avropa ölkələrinin əhalisindən ibarət idi və çoxsaylı idi. Amma  sayca az olan sultan II Muradın peşəkar və təcrübəli ordusundan əhəmiyyətli dərəcədə aşağı döyüş qabiliyyətinə malik idi. 1444-cü ilin noyabrında həlledici Varna döyüşü baş verdi. Döyüşdə Polşa-Macarıstan kralı öldürüldü – o, ehtiyatsızlıqla Sultana hücum etdi və dərhal qılıncdan keçirildi. Bundan sonra qalan qüvvələr də qaçdı və ya əsir düşdü. Qələbə nəticəsində Balkan yarımadası türklərin yekun təsir dairəsinə düşdü və Bizans İmperiyasının məhvini sürətləndirdi.

 Yaponiyaya monqol ekspedisiyaları – XIII əsrdə az dövlət monqol istilasına tab gətirə bildi, lakin Yaponiya bu hücumlara hətta 2 dəfə tab gətirə bildi. Amma bu uğurun çox özəl səbəbi var idi. Orta əsrlərdə Yaponiya bir neçə dövlətə parçalanmışdı və Çingizxanın gənc imperiyası üçün asan şikar kimi görülürdü. Monqollar da bunu başa düşürdülər və buna görə nəhəng donanma qurdular və Yapon arxipelaqında hücum kampaniyası planlaşdırmağa başladılar. Yaponlar çarəsiz idilər və son damla qanlarına qədər döyüşməyə hazır idilər, lakin buna ehtiyac olmadı. Donanma 1274-cü ildə “Kamikadze” qasırğası tərəfindən məhv edildi. Monqollar ikinci dəfə (1281-ci ildə Xubilay xanın əmri ilə təxminən 100 min insan heyətlə yenidən Yapnoya sahillərinə yan aldı. Amma nəticə eyni oldu. Yapon qüvvələrinin ön qüvvələrini çıxmaq şərtilə,  qalan qüvvələr dənizdə məhv oldu. Ön dəstlər isə Kyusyu adasında yerli sakinlər tərəfindən öldürüldü və hücum başa çatdı. Taleyin hökmünə qulaq asan monqollar Yaponiyanı tərk etdilər və yaponlar “ilahi külək” mənasına gələn “Kamikaze” qasırğasına dərin minnətdarlıq etdilər.

Seçilən
58
nocomment.az

1Mənbələr