AZ

Bayden və Si Tsinpin APEC sammiti çərçivəsində görüşəcəklər

Bakı. Trend:

Noyabrın 16-da, şənbə günü Asiya-Sakit Okean İqtisadi ƏməkdaşlıqTəşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenvə Çin Prezidenti Si Tsinpin arasında danışıqlar aparılacaq.

Trend xəbər verirki, bu barədə jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdəAmerika administrasiyasının nümayəndəsi məlumat verib.

“Prezident Bayden 2024-cü ildə Perunun Lima şəhərindəkeçiriləcək APEC sammiti çərçivəsində noyabrın 16-da Çin XalqRespublikasının sədri Si Tsinpin ilə görüşəcək”, – deyə brifinqdəqeyd olunub.

ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, bu,Baydenin ABŞ prezidenti olduğu müddətdə, yəni 2021-ci ildən bəriiki lider arasında üçüncü təkbətək görüş olacaq. Həmçinin, SiTsinpin və Co Bayden bir-birlərini on ildən çoxdur şəxsən tanıyırvə ikitərəfli görüşlərdə birgə çoxlu vaxt keçiriblər.

Seçilən
30
az.trend.az

1Mənbələr