AZ

ABŞ-nin yeni ədliyyə naziri və baş prokuroru bu şəxslər olacaq

 

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp, Ədliyyə naziri və Baş prokuror vəzifələrinə konqresmen Mett Getsin namizədliyini irəli sürdüyünü bildirib.

 

Modern.az xəbər verir ki, Trampın bəyanatında, “Konqresmen Mett Getsin ABŞ-ın Baş prokuroru vəzifəsinə namizəd göstərilməsindən şərəf duyuram,” ifadələri yer alıb.

 

Qeyd edək ki, Tramp daha əvvəl Pentaqon rəhbəri vəzifəsinə amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif etmişdi. Tramp, Heqseti “sərt və ağıllı” bir lider kimi xarakterizə edərək, onun ABŞ-ın birinci yerdə olmasına inandığını vurğulamışdı.

Seçilən
2
1
modern.az

2Mənbələr