AZ

ABŞ-da inflyasiya SÜRƏTLƏNDİ – Neft bazarında bədbinlik DƏRİNLƏŞİR

Oktyabrda ABŞ-da istehlak qiymətləri (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artıb.

Musavat.com ölkənin Əmək Nazirliyinin hesabatına istinadən xəbər verir ki, beləliklə, artım tempi sentyabrdakı 2,4 faizlə müqayisədə daha da sürətlənmiş olub.

Trading Economics və MarketWatch analitikləri oktyabr ayı üçün orta inflyasiya proqnozunu da 2,6 qeyd etmişdilər.

Bu, son yeddi ayda ABŞ-da inflyasiyanın ilk artımıdır. Ötən ay ölkədə enerji qiymətləri illik müqayisədə 4,9 faiz (sentyabrda 6,8 faiz ucuzlaşdıqdan sonra), benzin 12,2 faiz (-15,3 faiz) ucuzlaşıb, təbii qazın qiyməti 2 faiz artıb (sentyabrda olduğu kimi).

Ərzaq qiymətlərinin artımı oktyabrda bir ay əvvəlki 2,3 faizlə müqayisədə 2,1 faizə, nəqliyyat xidmətləri üzrə isə 8,5 faizdən 8,2 faizə qədər azalıb.

Yeni avtomobillər 1,3 faiz (sentyabrda olduğu kimi), işlənmiş avtomobillər 3,4 faiz (-5,1 faiz) ucuzlaşıb.

CPI indeksi oktyabr ayında əvvəlki ayla müqayisədə 0,2 faiz artıb. Bu temp dördüncü aydır ki, davam edir.

Ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətləri (Əsas CPI indeksi) keçən ay sentyabr ayı ilə müqayisədə 0,3 faiz, illik ifadədə isə 3,3 faiz artıb. Nəticə ekspertlərin gözləntiləri ilə üst-üstə düşüb və sentyabrda hər iki göstəricinin eyni dinamikası qeydə alınıb.

Federal Ehtiyat Sistemi ölkədə istehlak qiymətlərinin artım tempi ilə bağlı məlumatları diqqətlə izləyir ki, bu da pul siyasəti ilə bağlı qərarların qəbul edilməsində əsas amillərdən biridir. ABŞ Mərkəzi Bankının inflyasiya hədəfi 2 faizdir. İnflyasiyanın sürətlənməsi FED-in dekabrın 17-18-də baş tutacaq növbəti iclasında faiz endirimi qərarını ciddi şübhə altına alır. Bu isə xammal, ilk növbədə neft bazarı üçün ciddi mənfi siqnaldır - faizlərin yüksək saxlanması iqtisadiyyatın artım tempini zəiflətməklə xammala tələbatı aşağı salır.

Seçilən
3
1
paytaxt.org

10Mənbələr