AZ

Kamran Əliyevin Qada Vali ilə görüşü

Noyabrın 13-də Baş prokuror Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kamran Əliyev Azərbaycanın Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.

Görüşdə COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi

(BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən, noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər birgə əməkdaşlığın əhəmiyyəti, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi qeyd olunub.

Qada Vali səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

XQ

Seçilən
56
17
xalqqazeti.az

10Mənbələr