AZ

Mask özünü ABŞ-ın həmprezidenti kimi aparır?

Amerikalı iş adamı İlon Mask özünü ABŞ-ın həmprezidenti kimi aparır və Donald Trampın ikinci müddətə seçilməsini fəal şəkildə təbliğ edir.

Bizim.Media xəbər verir ki, bu barədə NBC televiziyası yeni seçilmiş prezidentə yaxın insanlara istinadən məlumat yayıb.

"Mask sanki həmprezident kimi davranır və bunu hamıya açıq şəkildə bildirməyə çalışır", - həmsöhbətlərdən biri qeyd edib.

O, həmçinin əlavə edib ki, sahibkar Trampın qələbəsində öz "uğurunu" xüsusi vurğulayır.

Bizim.Media

Seçilən
9
50
bizim.media

10Mənbələr