Misirin şimalındakı Port-Səid əyalətində baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb, 7 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə “Akhbar El-Yom” hökumət qəzeti məlumat yayıb.
Matariya-Port Səid avtomobil yolunda yük maşını, avtobus və daha üç avtomobil toqquşub.
Hadisə yerinə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb edilib, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Faktla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanılıb, qəzanın baş vermə səbəbləri aydınlaşdırılır.