AZ

Trampın komandası erməni məsələsi barədə nə düşünür?

Vivek Ramasvami Trampın formalaşdırmağa başladığı hökumət kabinetinə daxil oldu.

Hind əsilli gənc mühafizəkar yazar İlon Maskla bərabər yeni yaradılacaq hökumətin effektivliyi Departamentinə rəhbərlik edəcək.

Ramasvami seçki kampaniyası dövründə dəfələrlə Azərbaycanı "Qarabağdakı xristian ermənilərə qarşı vəhşiliklər törətməkdə" ittiham edib. O, demokrat administrasiyanı bu prosesi seyr etməkdə qınayaraq Azərbaycana maliyyə yardımını dayandırmağa, 907-ci düzəlişi bərpa etməyə çağırıb.

Возможно,

Əlbəttə, Ramasvaminin dövlət vəzifəsi tutması onun bütün söylədiklərini həyata keçirəcəyi mənasına gəlmir. Üstəlik, onun fəaliyyətinin xarici siyasət sahəsinə aidiyyəti olmayacaq. Amma kabinet üzvlərinin dövlət siyasətinə və prezidentin mövqeyinə az və ya çox dərəcədə təsiri olur.

Onu da xatırlatmaq lazımdır ki, Tramp özü də erməni məsələsi ilə bağlı Ramasvaminin fikirlərinə bənzər paylaşım etmişdi. Bu o deməkdir ki, ifadə edilən həmin mövqe yeni administrasiya daxilində üstünlük təşkil edir.

Şahin Cəfərli

Seçilən
41
herbiand.az

1Mənbələr