AZ

Ceff Bezos “Amazon”un dollarlıq 2.7 milyard dollarlıq səhmlərini satıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, Amazonun təsisçisi Ceff Bezos noyabr ayında ümumilikdə 2.7 milyard dollar dəyərində Amazon səhmi satıb.

"Amazon" "Temu" ilə rəqabət aparacaq yeni mağazasını təqdim etdi

FED.az xəbər verir ki, ilin əvvəlindən etibarən onun satdığı səhmlərin ümumi dəyəri 4.4 milyard dollara çatıb. Bu satışlar, Bezosun mart ayında təqdim etdiyi və 2025-ci ilin sonuna qədər 25 milyon səhmi əhatə edən ticarət planına uyğun olaraq həyata keçirilir. 

Eyni zamanda, Amazon-un dəyəri 2024-cü il ərzində 37.5% artaraq 2.17 trilyon dollara çatıb. Şirkət bu ilin üçüncü rübündə xalis mənfəətini 1.5 dəfə artıraraq 15.33 milyard dollar qazanc əldə edib və dördüncü rübdə 181.5-188.5 milyard dollar arası gəlir proqnozlaşdırır.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Seçilən
28
fed.az

1Mənbələr