Bu gün COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günü (Climate FIT Day) qeyd olunur.
Fins.az-ın məlumatına görə, bu gün Bakı Təşəbbüsü (BICFIT) çərçivəsində iqlim maliyyəsi, investisiya və ticarət sahəsində yeni təşəbbüslərin təqdimatı keçiriləcək.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası açılıb.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir olan Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
COP29, noyabrın 22-dək Bakı Stadionunda davam edəcək və bu, Azərbaycanın indiyədək təşkil etdiyi ən böyük tədbir olmaqla yanaşı, regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-un əsas gözləntisi iqlim maliyyəsi üzrə ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.
COP29 Sədrliyi tərəfindən, iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni gücləndirmək məqsədilə yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlama imkanları, iqlim dayanıqlılığı üçün harmonizasiya, təmiz hidrogen, üzvi tullantılardan metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması, fəaliyyət üçün əsas prioritet olmaqla, bütün tərəfləri bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Fuad Mədətov
Fins.az