AZ

"Əsas məqsədlərimizdən biri iqlim maliyyəsinin təminatına nail olmaqdır"

"Qobal iqlim məqsədlərinə nail olmaq imkanları çox genişdir, sadəcə həmrəyliyə ehtiyac var".

Publika.az xəbər verir ki, bu sözləri COP29-un Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən"Transformativ İqlim Fəaliyyəti: Diqqəti Maliyyə Girişlərindən Təsirə və MDB-lərin Katalitik Təsirinə Çevirmək" adlı tədbirdə deyib.

"Əsas məqsədlərimizdən biri insanların həyatını xilas etmək üçün iqlim maliyyəsinin təminatına nail olmaqdır. Biz öncəki çıxışlarda təbiətin və bəşəriyyətin xilasına yönələn çağırışları eşitdik. Hesab edirik ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında iştirak edən tərəflərin iqlim dəyişikliyi ilə qlobal mübarizə tədbirlərinə cəlb olunması çox böyük əhəmiyyət kəsb edir. Burada həmin problemlə mübarizəyə cəlb olunan tərəflər iştirak edir. Bizim öz məqsədlərimizə çatmaq üçün malik olduğumuz imkanlar çox genişdir", - o qeyd edib.

Seçilən
25
10
publika.az

10Mənbələr