AZ

Trampın Milli Kəşfiyyat Xidmətinə namizədi Qarabağa qanunsuz səfər edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyatının direktoru təyin etmək qərarına gəlib.

Bu barədə Trampın keçid komandası bəyanat yayıb.

Bəyanatda deyilir ki, keçmiş konqresmen, polkovnik-leytenant Tulsi Qabbard həm Respublikaçılar, həm də Demokratlar partiyalarından geniş dəstəyə malikdir.

“Bilirəm ki, Tulsi bizim konstitusiya hüquqlarımızı müdafiə edərək və güc vasitəsilə sülhü təmin edərək. Tulsi hamımızı qürurlandıracaq!” – Tramp bildirib.

Qeyd edək ki, Qabbard ABŞ-ın erməni strukturları ilə çox yaxın münasibətlər saxlayır. 2017-ci ildə o, Amerika Erməni Milli Komitəsinin təşkil etdiyi Forum çərçivəsində Ermənistana və qeyri-qanuni Dağlıq Qarabağa səfər edib.

O, özü Havay ştatındadndır. Bu ştat 2016-cı ildə “Dağlıq Qarabağın müstəqilliyini” tanımışdı.

Seçilən
52
azpost.info

1Mənbələr