AZ

Məşhur hakimin narkotik istifadə etdiyi görüntüləri ortaya çıxdı

İngiltərə Premyer Liqasının tanınmış hakimlərindən olan Devid Kutun “Avro 2024”də otel otağında narkotikdən istifadə etdiyi iddia edilən görüntülər ortaya çıxıb. 

News24.az xəbər verir ki, “The Sun” nəşrinin yaydığı 8 saniyəlik videoda 42 yaşlı hakimin şübhəli maddədən istifadə etdiyi görünür.

Görüntülərin iyulun 6-da, Portuqaliya-Fransa 1/4 final matçının ertəsi günü çəkildiyi məlum olub. Kut sözügedən matçda VAR köməkçisi vəzifəsini icra edib.

İngiltərə Futbol Federasiyasının hakimlik qurumu PGMOL iddiaları qəbul etdiyini açıqlayıb. Qurumdan bildirilib ki, Devid Kut araşdırma prosesində vəzifədən uzaq qalacaq.

Bu qalmaqal Kutun Yurgen Kloppu təhqir etdiyi videoların ortaya çıxmasından sonra baş verib. UEFA hakimi Avropa oyunlarında iştirakdan da uzaqlaşdırıb.

“The Sun”a danışan mənbə Kutun bəzi klublar və oyunçular haqqında da yersiz açıqlamalar verdiyini iddia edib. Qalmaqaldan sonra hakimin karyerasının təhlükədə olduğu bildirilir.

Ağa



Seçilən
74
1
news24.az

2Mənbələr