AZ

Albaniya klubu ilə yollarını ayıran Amil Yunanov Azərbaycan klubuna keçəcək

Son olaraq Albaniyanın "Bilis" klubunda çıxış etmiş Amil Yunanov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

seher.media xəbər verir ki, 31 yaşlı mərkəz hücumçusu yenidən "Səbail"in uğurları üçün çalışacaq.

Superliqa təmsilçisi ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulan müqaviləsini vaxtından əvvəl pozan Yunanov "dənizçilər"lə anlaşacaq.

Bildirək ki, təcrübəli forvard bu ilin sentyabrında Albaniya klubuna keçmişdi.

Seçilən
14
2
seher.media

3Mənbələr