Sian Jiaotong Universitetinin Tibb Elmi Mərkəzinin alimləri maraqlı faktlar aşkarlayıblar. Elm adamları müəyyən ediblər ki, hazır həll olunan qəhvə içmək vərdişi qocalmanın biomarkeri kimi xidmət edən DNT-nin mühüm ucları olan telomerlərin uzunluğuna təsir edə bilər. Araşdırmanın nəticələri PubMed portalında dərc olunub.
Tədqiqat zamanı alimlər 468 mindən çox insanın yemək vərdişləri və telomer uzunluğu haqqında məlumatları təhlil ediblər. Daha dəqiq təhlil üçün həm müşahidə metodlarından, həm də "Mendel randomizasiyası"ndan istifadə edilib ki, bu da səbəb-nəticə əlaqələrini müəyyən etməyə imkan verir. Araşdırmaya görə, hər əlavə qəhvə fincanı ilə telomer uzunluğu azalır ki, bu da təxminən 0,12 il bioloji yaş itkisinə uyğun gəlib. Bu məsələdə hazır-həll olunan qəhvəyə xüsusi diqqət yetirilib.
Statistik təhlillər göstərib ki, hər fincan hazır -həll olunan qəhvə ilə telomer uzunluğunun dəyişməsi, təxminən 0,38 il ərzində baş verən təbii qocalma prosesi gedir. Bu, qəhvənin ömrünü birbaşa ömrü qısaltması demək olmasa da, tədqiqatçılar hazır qəhvənin müntəzəm istehlakının qocalmanın bioloji proseslərini sürətləndirə biləcəyini irəli sürürlər.
Tural