AZ

Afrikada karbon emissiyalarını azaltmaq üçün investisiyalar artırılmalıdır - Kanayo Avani

Bakı. Trend:

Afrikaya investisiyaların artırılması karbon emissiyalarınınazaldılması üçün vacibdir.

Trend xəbər verir ki, bunuAfrika İxrac-İdxal Bankının (Afreximbank) ölkədaxili ticarət vəixracın inkişafı üzrə icraçı vitse-prezidenti Kanayo Avani "COP29İqlim Platforması: Biznes, İnvestisiya və Xeyriyyəçilik" mövzusundapanel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Afrika qitəsi azad ticarət zonası (AfCFTA)kontekstində Afrikaya birbaşa investisiyalar (FDI) iqlimdəyişiklikləri ilə mübarizə üçün inkişaf etdirilməli olan biryanaşmadır.

“Biz yalnız investisiyalara şərait yaratmırıq – həm də onlarıcəlb etməyə çalışır, müdafiə edir və maliyyələşdiririk. Ölkələrinmövqelərini gücləndirmək və onları investorlar üçün daha cəlbedicietmək məqsədilə potensialın artırılması üçün bir çox tədbirlərhəyata keçiririk. Bunu tərəfdaşlıqlar vasitəsilə edirik. Biztərəfdaşlığa çox böyük önəm veririk”, – K.Avani əlavə edib.

O qeyd edib ki, Afrika İttifaqı, həmçinin, Afrika üzrə Ticarətvə İnvestisiya üzrə Pan-Afrika Agentliyinin yaradılmasınıdəstəkləyib. Bu agentlik Afrikaya daha geniş miqyasda yanaşır, onubir çox kiçik ölkələr toplusu kimi deyil, vahid bir qitə kimi qəbuledir. Pan-Afrika Ticarət və İnvestisiya Agentliyi qitəyəinvestisiya cəlb etmək və Afrikanın imicini yaxşılaşdırmaq üçünvahid səs verəcək, buna qitənin daxilindəki investisiyalar dadaxildir.

“AfCFTA-nın Afrika İttifaqının gündəliyinə uyğun olduğunainanırıq ki, bu gündəlik iqlim dəyişikliklərinə uyğunlaşma,investisiya və iqlim dayanıqlılığına yönəlib. Bunun səbəbiaydındır. Avropa İttifaqı da öz prioritetlərini bu şəkildə müəyyənedir və biz “Afreximbank”ı iqlim dəyişikliklərinə uyğunlaşmainvestisiyalarını dəstəkləmək üçün bu şəkildə mövqeləndiririk.AfCFTA ticarət və investisiyaların inkişafı üçün ən yaxşı şansımızıtəqdim edir, bu da karbon emissiyaları ilə mübarizə üçünzəruridir”, – deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr