"Football-plus.az" xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında hər iki oyunu səbirsizliklə gözlədiyini bildirib. Zədə səbəbindən ötən mövsüm meydana çıxmayan 25 yaşlı forvard yenidən komandaya qayıtmasının xoş olduğunu deyib:
"Slovakiya ilə görüş qrupda final matçı kimi olacaq. Çox vacib oyundu. Milli komandaya qayıtmaq həmişə xoşdu. Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdi. Slovakiya və Azərbaycanla keçiriləcək iki vacib oyunu səbirsizliklə gözləyirik".
Qeyd edək ki, İsveç - Azərbaycan oyunu noyabrın 19-da Solnadakı “Strouberri Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.