Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 12-15 dərəcə isti olacaq. Rütubət gecə və gündüz 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.