AZ

Deputat iş adamını döydü - VİDEO

Rusiyada maraqlı cinayət hadisəsi baş verib. Yerli medianın yaydığı məlumata görə,  Nijni Novqorodda deputatla iş adamı arasında borc zəminində baş verən münaqişə ikincinin çomaqla döyülməsi ilə nəticələnib. O, avtomobilini deputatın üstünə sürüb.

Məlumata görə, insident Dzerjinsk Şəhər Dumasının deputatı Anatoli Şetkov və iş adamı Maksim Loşenkov arasında olub. Onlar üç nəfərlə birlikdə pul borcuna dair "razborka"nı həll etmək üçün Nijni Novqorodun mərkəzində görüşüblər. İş adamı iddia edib ki, məmur ona müəyyən əməliyyatlar üçün bir milyon rubla yaxın borcu qalıb. Lakin dövlət qulluqçusu bunu inkar edib.

Loşenkovun sözlərinə görə, onu çubuqla vuran Şetkovun başçılıq etdiyi dörd nəfər də biznesmeni döyüb. Bundan sonra avtomobilə minən iş adamı deputatın və onun köməkçisinin üstünə sürüb.


Tural

Seçilən
7
news365.az

1Mənbələr