AZ

Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən REPORTAJ

Təbiət möcüzəsi olan Kəlbəcər rayonunun ən səfalı guşələrindən biri Əsrik kəndidir. Tutquçayın (Tutğunçay da deyilir – red.) sağ sahilində, Qonqur dağının ətəyində yerləşən Əsrik kəndinin təbiəti ilin bütün fəsillərində gözəlliyi ilə seçilir. Kənd özünün yaylaqları, çoxsaylı bulaqları, o cümlədən mineral tərkibli turşsu bulaqları ilə tanınır. Bulaqların suyu dərə ilə axan çaya qovuşur və bu yerdə gözəl dağ şəlaləsi yaradır.

Günəşli payız günü olsa da, artıq indidən qışın nəfəsi hiss edilir. Meşələrdəki xəzanın qızılı sarı rəngləri, çayın şırıltısı və bir hissəsi donmuş dağ şəlaləsi füsunkar təbiət harmoniyası yaradır.

Musavat.com AZƏRTAC-a istinadən Əsrik kəndindən görüntüləri təqdim edir:

Seçilən
2
musavat.com

1Mənbələr