AZ

Bakıda daha bir sülh təşəbbüsü baş tutdu

Cənubi Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis bir neçə gün ərzində ikinci dəfə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib və bu görüşdə ölkələr arasında birbaşa dialoq təklif edib. Bundan başqa o, 2024-cü ilin dekabrında Kipr nizamlanmasına dair konfransın baş tutmasını istəyini  xarici agentliklərə istinadən  Sitat info xəbər verir ki, bu barədə Cənubi Kiprin “Phileleftheros” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Xristodulidis və Hakan Fidan arasında görüş Bakıda keçirilən COP-29 şərçivəsində baş tutub. Diplomatik əlaqələri olmayan iki ölkə arasında birbaşa təmaslar ideyası BMT-nin baş katibi Antonio Quterreş tərəfindən gəlib. Bundan əvvəl Kipr prezidenti və Türkiyənin xarici işlər naziri noyabrın 7-də Budapeştdə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər və bu təmaslar üç ölkə liderinin: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Albaniyanın Baş naziri Edi Ramanın iştirakı ilə gerçəkləşib.

Gələn məlumatlara əsasən, COP-29-da Fidanla görüşdən əvvəl Xristodulidis Quterreşlə qısa söhbət edib və bu söhbət zamanı BMT-nin baş katibi Cənubi Kipr liderinə müavini Rozmari DiKarlonun adaya gözlənilən səfəri barədə məlumat verib.

Bundan əlavə, Cənubi Kipr hökumətindəki mənbələri Böyük Britaniyaya türk-Kıbrıs tərəfinin israr etdiyi konfransda guya yalnız müşahidəçi statusunun verildiyi barədə xəbərləri təkzib ediblər.

Onların sözlərinə görə Böyük Britaniya ada dövlətlərinin təhülkəsizliyinin qarantı olaraq burada tam hüquqlu şəkildə yer alacaq.

Seçilən
2
1
sitat.info

10Mənbələr