AZ

İranın nüvə proqramı müzakirə olunub

İranın xarici işlər naziri Abbas Əraqçi və MAQATE-nin baş direktoru Rafael Qrossi Tehranda İslam Respublikasının nüvə proqramını müzakirə ediblər. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi X sosial şəbəkəsində məlumat verib.

Xəbəri “Anadolu” yayıb. 

O qeyd edib ki, İranın nüvə proqramı həmişə dinc xarakterli olub və indi də belədir. Bəqayi vurğulayıb ki, ölkə bu proqramla bağlı hər hansı anlaşılmazlıq və ya sualları həll etmək üçün MAQATE ilə daim əməkdaşlıq edir.

“İran heç vaxt qarşıdurma yolunu seçməyib. Biz yalnız qanuni hüquq və maraqlarımızı lazımsız tələblərdən və qanunsuz təzyiqlərdən qoruyuruq”, - deyə o əlavə edib.

P.ƏMİRCANOV
XQ

Seçilən
77
xalqqazeti.az

1Mənbələr