AZ

Gələn illə bağlı xəbərdarlıq - Rusiya qiymətləri qaldıra bilər

Rusiya gələn il buğda ixracını xeyli dərəcədə azalda bilər.

Bakuinfo.net xəbər verir ki, bu proqnozu “Rusaqrotrans” analitik mərkəzinin rəhbəri İqor Pavenski Dubayda keçirilən IAOM MEA konfransında bildirib.

Pavenski deyib ki, bu ilin iyul-noyabr aylarında Rusiyadan ixrac yüksək olub, eyni zamanda, 2024-cü ildə məhsuldarlıq azalıb. Hər iki səbəblə əlaqədar o, 2025-ci ildə ixrac kvotasının üç dəfə azalması ehtimalını yüksək qiymətləndirib. Onun sözlərinə görə, 2025-ci ildə taxıl ixracı kvotası (fevralın 15-dən iyunun 30-dək etibarlıdır) 9-10 milyon ton müəyyən edilə bilər ki, bu da 2024-cü ildəkindən (29 milyon ton) üç dəfə azdır.

 

Qeyd edək ki, əgər Pavenskinin bildirdiyi kimi, buğda ixracı xeyli azaldılarsa, bu, yaxın regionda və dünyada buğda və un qiymətlərini artıracaq. Azərbaycan da buğda idxal edən ölkələr sırasındadır və hər il ölkəmiz Rusiyadan 1-1,5 milyon ton buğda alır.

Seçilən
32
2
bakuinfo.net

3Mənbələr