AZ

İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb

İslam İnkişaf Bankı (İİB) Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri deyib.

O bildirib ki, İslam İnkişaf Bankı (İİB) Qarabağda Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti imzalamaqdan qürur duyur:

“Biz İslam İnkişaf Bankı olaraq, təxminən 1,6 milyon insana xidmət göstərəcək Qarabağda Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti imzalamışıq. Bu, çox mühüm inkişaf layihəsidir”.

“Prezident İlham Əliyevi əmin edirəm ki, biz burada mövcudluğumuzu genişləndirməyi səbirsizliklə gözləyirik. Maliyyələşdirə biləcəyimiz layihələrin sayını genişləndirmək üçün bizim imkanlarımız var. Biz İslam İnkişaf Bankı ilə Azərbaycan arasında iqtisadi inkişafın bir çox sahələrində əlaqələri genişləndirməyi gözləyirik.Biz çox həyəcanlıyıq. Biz çox pozitivik və biz bu ölkədə yeni, mühüm layihələri gözləyirik”,- deyə o bildirib.

Seçilən
58
5
operativmedia.az

8Mənbələr