AZ

"Meta" məhkəmə qarşısında: "WhatsApp" və "Instagram" bir-birindən ayrıla bilər

ABŞ Federal Ticarət Komissiyası (FTC) "Meta" şirkətinə qarşı antiinhisar iddiası qaldırıb.

Valyuta.az-ın məlumatına görə, bu iddianın səbəbi "Instagram" və "WhatsApp"ın "Meta" tərəfindən alınmasıdır. FTC-nin məlumatına əsasən, "Meta" bu alışlarla sosial media bazarında monopoliya qura bilib. 

Dünyanın ən böyük sosial media şirkətlərindən biri olan "Meta" son illərdə ABŞ Federal Ticarət Komissiyası ilə mübahisələr keçirir. FTC rəsmiləri bildirirlər ki, "Meta" "Instagram" və "WhatsApp"ı alaraq sosial media bazarında rəqabəti məhdudlaşdırıb və monopolist vəziyyət yaradıb. Lakin, "Meta" bu ittihamları rədd edir.

İlk dəfə 2020-ci ildə irəli sürülən bu məsələ, FTC-nin səhv iddia ərizəsi səbəbindən qeydə alınmamışdı. 2021-ci ildə FTC yenidən bu iddiaya qaldırıb və bu dəfə müvəffəqiyyətli olub. Aşağı məhkəmə, "Meta"ya qarşı antiinhisar iddiasının irəli sürülə biləcəyinə qərar verib.

"Meta"nın məhkəməyə reaksiyası

"Meta" şirkətinin sözçüsü Christopher Sgro "Instagram" və "WhatsApp"ın alınmasının istehlakçılar üçün müsbət nəticələr verdiyini sübut edə biləcəklərini bildirib. O əlavə edib ki, inhisarçılıq yoxdur, çünki bu illər ərzində "iMessage", "TikTok", "YouTube" və "X" kimi bir çox sosial şəbəkələr var və "Meta" bu platformalarla sıx rəqabət aparır.

Əvəz Həsənov

Seçilən
10
valyuta.az

1Mənbələr