AZ

Seçki gecəsi dəhşətli hadisə: Tramp qalib gəldi, atasını baltaladı

ABŞ-ın Sietl şəhərində seçki gecəsi dəhşətli hadisə baş verib. 33 yaşlı Kori Börkün atası ilə mübahisə etməsi faciə ilə nəticələnib.

Publika.az xəbər verir ki, Donald Trampın seçkilərdə qələbəsi elan edilən gecə Börk atası 67 yaşlı Timoti Börklə evdə olub.

Polisin məlumatına görə, Kori Börk Trampın qələbəsindən sonra atası işıqları söndürmək istəmədiyi üçün onunla gərginlik yaşayıb. Bundan sonra yuxarı qalxıb baltanı götürərək atasının yanına qayıdıb. Mübahisə böyüdükcə Börk atasına hücum edib.

Hadisə şahidlərinin sözlərinə görə, "azadlıq" kimi xarakterizə etdiyi bu hərəkətdən sonra Kori evin bütün şüşələrini sındıraraq uzun müddət ölmüş atasının yanında oturub.

Seçilən
1
1
publika.az

10Mənbələr