AZ

"Baker Hughes" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

“COP29 çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Seçilən
15
7
vergiler.az

10Mənbələr